20 
Mar
2017
12:28
85
515
10877
Virtual karabakh

Azərbaycanlılar erməni və gürcülərdən xoşbəxtdirlər – REYTİNQ

20 Mar, 2017
12:28
10877

Azərbaycanlılar erməni və gürcülərdən xoşbəxtdirlər – REYTİNQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sustainable Development Solutions Network” (SDSN) şirkəti BMT-nin sorğusu əsasında hazırlanmış “Dünya xoşbəxtlik hesabatı-2017” hesabatını dərc edib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hesabata əsasən, Norveç dünyanın ən xoşbəxt əhalisi olan ölkə kimi tanınır. Reytinqdə ikinci yerdə Danimarka, üçdə İslandiya yerləşir, sonrakı yerləri isə İsveçrə, Finlandiya, Hollandiya, Kanada, Yeni Zelandiya, Avstraliya və İsveç tutub.

Azərbaycan reytinqdə 85-ci yerdədir. Regionun digər ölkələri - Ermənistan 94-cü, Gürcüstan isə 125-ci yerdə qərarlaşıb.
Bu siyahıda ABŞ 14-cü, Rusiya isə 49-cu olub.

Qeyd olunur ki, 155 ölkədən ibarət olan siyahida Tanzaniya, Burundi və Mərkəzi Afrika Respublikası sonuncu yerləri tutub.

Xatırladaq ki, bu gün, martın 20-si dünyada Beynəlxalq Xoşbəxtlik Günü qeyd olunur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri