20 
Mar
2017
23:10
72
248
7789
Virtual karabakh

Azərbaycanda 28 min manata qədim pul satılır

20 Mar, 2017
23:10
7789

Azərbaycanda 28 min manata qədim pul satılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda dəyəri 28 min manat olan qədim tarixi sikkə satışa çıxarılıb. 

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, nadir tarixi eksponat hesab olunan bu pul və sikkələr internet vasitəsi ilə satışa çıxarılıb.

Satıcılar bəzisi qədim pulun ailə yadigarı olduğunu,bəzisi isə torpaqdan çıxardığını deyir.

Hüquqşünas Xəyal Bəşirov əgər qədimi əşya vərəsə kimi atadan və ya başqa birindən qalıbsa rahat satıla biləcəyini deyir. Yox əgər hər hansısa şəxs onu torpaqdan qazıb çıxarıbsa mütləq dövlətə təhvil verməli olduğunu deyir.Əks halda bunu gizlədir yaxud satırsa həmin şəxs cinayət məsuliyyəti daşıyır.

Ümumilikdə isə kimlərsə əntiq əşyaların satışı ilə məşğul olursa,mütləq icazə sənədi almalıdırlar. Əks halda onlar da cinayət məsuliyyəti daşıyır.

 

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri