21 
Mar
2017
12:15
190
126
10748
Virtual karabakh

Sabah hava yağışlı olacaq

21 Mar, 2017
12:15
10748

Sabah hava yağışlı olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək.  Havanın temperaturunun gecə 3-5° isti,  gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 22-də arabir yağış,  dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri