27 
Mar
2017
15:52
32
729
37017
Virtual karabakh

Bakıda bacı və qardaş özlərini dənizə ataraq intihar etdilər– TƏFƏRRÜAT

27 Mar, 2017
15:52
37017

Bakıda bacı və qardaş özlərini dənizə ataraq intihar etdilər– TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 20-də axşam saatlarında Bakıda bacı və qardaşın intiharı ilə bağlı araşdırmalar aparılır.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, “Şıx” çimərliyi ərazisində Yasamal rayon sakinləri, 1957-ci ildə anadan olmuş Əliyev Rauf Təyyar oğlu və onun bacısı, 1963-cü ildə anadan olmuş Səlimova Gülnaz Təyyar qızının özlərini dənizə ataraq intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Bildirilir ki, hadisədən əvvəl Rauf Əliyev oğluna zəng edərək “Şıx” istiqamətinə getdiklərini deyib. Ailə üzvləri gələnədək R.Əliyev və Gülnaz Səlimova özlərini dənizə ataraq intihar edib. Martın 21-də gecə saat 01 radələrində hər iki şəxsin meyiti sudan çıxarılıb.

Ailəni tanıyan şəxslərin sözlərinə görə, intihar edən bacı-qardaşın maddi problemi olmayıb və onlar ziyalı ailənin üzvləridir. Hadisəyə ailədaxili münasibətlərin kəskinləşməsi səbəb olub.

Qeyd edək ki, ilkin məlumatda R.Əliyevin əsəb xəstəsi olduğu qeyd edilib.

Araşdırmalar davam etdirilir.

23.03.2017 (13:14)

Bakıda dəhşətli intihar hadisəsi baş verib. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, martın 21-də gecə saat 01 radələrində “Şıx” çimərliyinin ərazisindəki sahildən Yasamal rayon sakinləri 1957-ci ildə anadan olmuş Əliyev Rauf Təyyar oğlu və 1963-cü ildə anadan olmuş Səlimova Gülnar Təyyar qızının meyitləri aşkar olunub. 

Məlum olub ki, onlar özlərini dənizə ataraq intihar edib.

İntihar edən kişi ilə qadın bacı-qardaş olub. Bildirilir R.Əliyev ruhi xəstə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri