24 
Mar
2017
15:44
19
282
4800
Virtual karabakh

Qayınana və qayınatası tərəfindən döyülən qadın sığınacağa yerləşdirilib

24 Mar, 2017
15:44
4800

Qayınana və qayınatası tərəfindən döyülən qadın sığınacağa yerləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 23-də “Təmiz dünya” QHT-nin sığınacağına ailəsində şiddət görən 40 yaşlı qadın yerləşdirilib.

Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, beş yaşında övladlığa verilən Sədaqət Əliyeva (ad-soyad şərtidir) 30 yaşında ailə qurub. Yeni ailəsində isə ağır şiddətə məruz qalıb.

Belə ki, S.Əliyeva gəlin getdiyi evdə nəinki həyat yoldaşı, hətta qayınatası, qayınanası, baldızı və qaynı tərəfindən dəfələrlə vəhşicəsinə döyülüb. Sonda isə onu himayəyə götürmüş ailəyə geri qaytarılıb.

Onu böyüdən qadın rəhmətə getdikdən sonra isə S.Əliyevanın qara günləri təkrar başlayıb. Bu dəfə onu ögey atasının başqa qadından olan övladları döyməyə başlayıb.

Bütün bunların ardından Sədaqət xanım sığınacağa üz tutub. Hazırda sığınacaqda etibarlı yerdədir. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri