24 
Mar
2017
23:50
21
413
6323
Virtual karabakh

Balakəndə qəza: 5 yaşlı uşaq öldü

24 Mar, 2017
23:50
6323

Balakəndə qəza: 5 yaşlı uşaq öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə martın 24-ü, axşam saat 17:00 radələrində Səttar Gözəlov küçəsində baş verib.

Valideynləri ilə birlikdə şadlıq evində keçirilən tədbirdən çıxıb evə gedən 5 yaşlı Sona Allahverdiyevə onların əlindən qaçaraq qəfildən yolun hərəkət zolağına çıxıb. Bu zaman azyaşlını rayon sakini Xəlil Ağayevin idarə etdiyi “Opel” markalı minik avtomobili ilə vurub.

Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Sona Allahverdiyeva Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri