27 
Mar
2017
14:09
14
91
2921
Virtual karabakh

Müştərilərin kredit borcu müdirdən tələb edilir – VİDEO

27 Mar, 2017
14:09
2921

Müştərilərin kredit borcu müdirdən tələb edilir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bank olmayan kredit təşkilatı müştərilərinin ödəyə bilmədiyi kredit borclarını filial müdirinin yaşadığı evi girov qoyaraq atasının adına yazıb.

Oxu.Az Xezerxeber.az-a istinadla məlumat verir ki, indi bank olmayan kredit təşkilatlarınından birinin Lənkəran filialında müdir vəzifəsində çalışan Sahil Qasımov həm işdən çıxarılıb, həm də müştərilərə verdiyi 35 min dollarlıq kredit və ofis üçün aldığı avtomobilin kredit borcu ondan tələb edilir.

Hüquqşünas Asif Abdullayevin fikrinə görə, vətəndaşın müraciətindən elə başa düşülür ki, o kredit götürmədiyi halda təhdid edilərək müqavilə bağlanılıb. Belə olduqda pulun alınmadığına dair sübutlar toplanaraq məhkəməyə müraciət etmək lazımdır. Yalnız məhkəmənin qərarı ilə kredit müqaviləsinin təhdidlə bağlandığı sübuta yetirilə və ona xitam verilə bilər. Bu baş verərsə, hər hansı bir şəxs və ya qurumun vətəndaşdan kredit borcunu tələb edə bilməz.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri