27 
Mar
2017
12:30
10
276
2779
Virtual karabakh

Ermənilər Şuşanın Gövhər Ağa məscidində qazıntı işləri aparırlar

27 Mar, 2017
12:30
2779

Ermənilər Şuşanın Gövhər Ağa məscidində qazıntı işləri aparırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğal altında olan Şuşa şəhərinin Yuxarı məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb.

Oxu.Az armenpress.am-a istinadən xəbər verir ki, işləri “Şərq tarixi irsinin dirçəlişi fondu” aparır.

“Tarixi mühitin qorunması xidməti” dövlət müəssisəsinin direktoru Marat Şahmaryanın sözlərinə görə, işlər 20-25 gün davam edəcək.

“Xarici mütəxəssislərin köməyi lazım olmayıb. Ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır. Abidə həm hərbi münaqişə nəticəsində, həm də hava şəraitindən zərər çəkib”, - o bildirib.

Yuxarı məscid ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur.

Qeyd edək ki, Gövhər Ağa Cümə məscidi kimi tanınan Yuxarı məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb.

Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətini bərpa edib.

N.О.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri