27 
Mar
2017
18:10
160
75
8398
Virtual karabakh

Metropoliten işçi axtarır

27 Mar, 2017
18:10
8398

Metropoliten işçi axtarır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edir.

Oxu.Az xəbər verir ki, vakansiya üzrə tələblər bunlardır:

- Əsas tələb: Qülləli kranı idarəetmə hüququnu təsdiq edən sənəd;

- İş stajı: 3 ildən yuxarı;

- Yaş: 25-45;

- Hərbi mükəlləfiyyətli.

Bu vəzifəyə işə düzəlmək istəyənlər bunları bilməlidir:

- Təyin edilmiş peşə təlimatına əsasən, qülləli kranların təhlükəsiz istismar edilməsini;

- Kranların quruluşu və təhlükəsiz istismar qaydalarını, kran maşinistinin təlimatını və ilməkçilərin təlimatını;

- İşə başlamazdan əvvəl kranın bərkidilməsinin etibarlılığını yoxlamağı, kranın əsas hissələrini vizual baxışdan keçirməyi, istiqamətləndirici və yükqaldırıcı kanatların vəziyyətini yoxlamağı;

- İlməkçi və ya işarəçi tərəfindən verilən işarəyə əsasən yüklərin qaldırılmasını, endirilməsini;

- Elektrotexnika və çilingər işini.

İş rejimi saat 08:00-dan 17:00-dək olacaq. Maraqlanan şəxslər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub, elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)

Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qülləli kran maşinisti” peşəsinin qeyd edilməsi zəruridir. Müraciət üçün son tarix martın 31-i müəyyən edilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri