27 
Mar
2017
16:33
705
20
49333
Virtual karabakh

Azərbaycanlı tələbə erməni müəllimi universitetdən qovdurdu

27 Mar, 2017
16:33
49333

Azərbaycanlı tələbə erməni müəllimi universitetdən qovdurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşada erməni müəllim qərəzli şəkildə azərbaycanlı tələbəni imtahandan kəsdiyi üçün universitetdən qovulub. 

Oxu.Az vətəninfo.az saytına istinadən xəbər verir ki, həmyerlimiz Fatimə Şirəliyeva Tələbə Mübadiləsi proqramı ilə hazırda Lodz şəhərində təhsil alır. Universitetdə Dağlıq Qarabağ mövzusunda keçirilən tədbirlərdə fəal iştirak edən Fatimə bu il imtahanına erməni müəllimin girəcəyini bildikdən sonra mövzusunu dəyişib və Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan istiqamətində hazırlaşıb. Çıxışı çox bəyənilsə də, müəllim onu imtahandan kəsib.

Tələbə əvvəlcə universitet rəhbərliyinə, daha sonra da ölkənin təhsil nazirinə müraciət edib. Araşdırma aparıldıqdan sonra nazirin göstərişi ilə müəllim univeristetdən qovulub.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri