28 
Mar
2017
12:23
108
237
18768
Virtual karabakh

Bakıda iranlı qızların başına iş gəldi: Yaralılar var

28 Mar, 2017
12:23
18768

Bakıda iranlı qızların başına iş gəldi: Yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gecə Bakıda “London taksi”si qəzaya düşüb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, saat 04 radələrində 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əliabbas oğlunun idarə etdiyi “London TX 4” markalı 10-TH-739 nömrə nişanlı taksi Puşkin küçəsində yol kənarındakı beton lövhəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - İran vətəndaşları 1986-cı il təvəllüdlü Kərimi Fatimə Davud qızı və 1989-cu ildə anadan olmuş Şeyxəlizadə Murtuza Mahmud qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb.

Bildirilir ki, taksidə qəzaya düşən iranlı qızlar martın 19-da Bakıya gəliblər.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri