28 
Mar
2017
12:36
34
134
11156
Virtual karabakh

İtən qız “Tarqovı”da tapıldı – FOTO + YENİLƏNİB

28 Mar, 2017
12:36
11156

İtən qız “Tarqovı”da tapıldı – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Bakı şəhərinin Mərdəkan qəsəbəsində itkin düşən 14 yaşlı qız tapılıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, səhər saat 07 radələrində evdən çıxan 14 yaşlı Leyla yaxınlarının polisə müraciət etməsindən sonra paytaxtın Nizami küçəsində (“Tarqovı” məhəllə) tapılıb.

O, ailəsinə təhvil verilib.

27.03.2017 (22:09)

Bakıda 14 yaşlı qız itkin düşüb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, martın 27-də, saat 07:30 radələrində Mərdəkan qəsəbəsində, 2003-cü il təvəllüdlü Leyla adlı qız yaşadığı evdən çıxıb və bir daha qayıtmayıb.

İtkin düşmüş qızın xarakterik əlamətləri aşağıdakılardır: boyu – 150 sm, qara uzun saçları.

Evdən çıxarkən əynində qara rəngli yubka, dəri gödəkcə və ağ rəngli idman ayaqqabısı olub.

Qızı görənlərdən və ya barəsində hər hansı məlumatı olanlardan (012) 454- 22- 22, (055) 777 – 27 -11 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri