28 
Mar
2017
14:53
45
122
1748
Virtual karabakh

Azərbaycanda qanunsuz miqrasiyaya görə cərimələr artırıla bilər

28 Mar, 2017
14:53
1748

Azərbaycanda qanunsuz miqrasiyaya görə cərimələr artırıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qanunsuz miqrasiya təşkil edənlərin 8 min manat cərimələnməsi təklif olunur.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Dəyişiklik layihəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan ərazisində qanunsuz qalmasını, Azərbaycan ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil etməyə görə 4 min manatdan 8 min manatadək cərimə olunur. 

Hazırki qanunvericiliyə görə, bu məbləğ 2 min manatdan 5 min manatadəkdir.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri