28 
Mar
2017
18:15
15
169
2042
Virtual karabakh

Şəmkirdə güclü külək fəsadlar yaradıb: Kəndlər işıqsız qalıb

28 Mar, 2017
18:15
2042

Şəmkirdə güclü külək fəsadlar yaradıb: Kəndlər işıqsız qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayonunda güclü külək fəsadlar yaradıb, bəzi kəndlər işıqsız qalıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, gecə saatlarından başlayaraq əsən güclü külək nəticəsində rayonun bəzi kəndlərində dam örtükləri dağılıb, elektirik dirəkləri aşıb, naqillər sıradan çıxıb və enerjinin verilişi dayanıb.

Rayonun Muxtariyyə kəndində bostan bitkilərinin becəriləməsi üçün salınmış istixanaların örtükləri dağılıb və bəzi qurğularına ciddi ziyan dəyib.

Şəmkir rayon Fövqəladə Hallar Komisiyasının məlumatına görə, səhər saatlarından görülən işlər nəticəsində hazırda sıradan çıxmış elektirik təsərrüfatında yaranmış problemlər aradan qaldırılıb və kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub.

Güclü küləyin rayona vurduğu ziyanın miqdarı isə hələlik məlum deyil.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri