28 
Mar
2017
20:16
20
312
24773
Virtual karabakh

Bakıda yaşayış binasında yanğın baş verib – YENİLƏNİB + FOTO + VİDEO

28 Mar, 2017
20:16
24773

Bakıda yaşayış binasında yanğın baş verib – YENİLƏNİB + FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın söndürülüb. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hazırda yanğının miqyası, səbəbləri, dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

19:29

Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

18:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.​

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri