31 
Mar
2017
16:56
178
793
67152
Virtual karabakh

Bakıda gənclərin metroda öpüşməsi sosial şəbəkədə gündəm oldu – YENİLƏNİB

31 Mar, 2017
16:56
67152

Bakıda gənclərin metroda öpüşməsi sosial şəbəkədə gündəm oldu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Jurnalist Xaqani Səfəroğlunun metrodaki iki gəncə təpkisi ilə bağlı yazdığı status ciddi müzakirələrə səbəb olub. Jurnalistin mövqeyini dəstəkləyənlərlə yanaşı, ona qarşı çıxanlar da az deyil.

Oxu.Az xəbər verir ki, metroda jurnalistin qınağına tuş gələn gənclərdən biri Cebhe.info-ya müraciət edərək yaranmış vəziyyətdən ciddi narahatlığını çatdırıb. Adını müəyyən səbəblərdən açıqlamadığımız gənc yanındakı qızın da vəziyyətdən narahat ola biləcəyini deyib və onu qorumaq üçün internet imkanlarını məhdudlaşdırdığını vurğulayıb.

Eyni zamanda metroda öpüşdükləri barədə deyilənləri qətiyyətlə rədd edib:

“Hərə bir şey yazır, çoxu da söyür. Niyə söyürlər axı? Biz pis bir şey etməmişik. Heç öpüşməmişik də. O dayı da (Xaqani Səfəroğlunu nəzərdə tutur - red.) qarşımızda idi, bizə baxırdı, mən də qızın əlindən tutmuşdum. Gördüm ki, dediklərimi eşidir, qızın qulağına söz demək üçün əyildim. O da ayağını yerə çırpdı. Yazırlar ki, guya təpik atıb. Amma o jurnalist ayağını yerə çırpdı. Qışqırdı ki, uşaqlar var, nə edirsiniz?

“Ay əmi” dedim. Amma susmadı. Mən rus bölməsində oxumuşam, danışanda da hiss edilir. Qız da qorxdu, istəmədim məsələ böyüsün. “28 May” stansiyasında qatardan çıxdıq. Mənə pis gəlir axı. Hamı da öz yanımda danışır, söyürlər ki, guya metroda öpüşmüşük. Mən qızın qulağına söz deyirdim ki, bizi eşitməsin, birdən hay-küy saldı. Bizə də təpik vurmayıb, ayağını yerı çırpıb”.

Həmsöhbətimiz deyib ki, indi yeganə istəyi məsələnin müzakirəsinə son qoyulmasıdır: “İstəmirəm ki, bundan artıq müzakirə etsinlər. Söz-söhbət gedib çatsa, o qızın halını da düşünün”.

30 mart, 14:09

Dünəndən jurnalist Xaqani Səfəroğlunun metroda öpüşən gənclərlə bağlı yazdığı fikirləri böyük müzakirələrə səbəb olub. İnsanlarn bəziləri metroda öpüşən gəncləri, digərləri isə müəllifi müdafiə edib.

Görəsən, digər ictimai nəqliyyat vasitələrində də belə faktlara rast gəlinirmi?

Oxu.Az-ın xəbərinə görə, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əəsədov Unikal.org-a deyib ki, xidməti dövründə şəxsin avtomobil idarə edərkən öpüşməsi və yaxud sevişməsi kimi faktlara rast gəlməyib.

“Ümumiyyətlə, avtomobil idarə edərkən sevişmək və yaxud öpüşməklə bağlı qanunvericilikdə inzibati tənbeh tədbirlərinin görülməsi ilə bağlı konkret məlumat yoxdur. Amma qanunda qeyd olunur ki, sükan arxasında olan şəxş (sürücü) hərəkət zamanı diqqəti yayındıra bilən hərəkətlər etməməlidir. Bu, olduqca təhlükəlidir. Bu, başqa hərəkət iştirakçılarının hərəkətinə təhlükə yaratmaq deməkdir.

Qanunda həmçinin avtomobilin hərəkəti zamanı sükanı əlindən buraxmaq, qapıları açmaq, kəmərlərdən istifadə etməmək, diqqəti yayındıra biləcək hərəkətlər etmək, mobil telfonla danışmaq və yaxud törətdiyi xətaları lentə alıb sosial şəbəkələrdə yerləşdirmək olmaz. Belə faktlar inzibati tənbeh tədbirlərinin görülməsinə şərait yaradır”, - deyə o bildirib.

V.Əsədov ictimai nəqliyyatdan istifadə edərkən öpüşmək və yaxud sevişmək kimi məsələlərin xarici ölkələrlə bərabərləşdirilməsini düzgün hesab etmədiyini vurğulayıb:

“Hər halda bizdə ictimai qınaq var. Biz xarici ölkələrdən fərqlənirik. Mənim üçün inandırıcı deyil ki, Bakıda avtomobil sürə-sürə gənc sevgililər bir-birlərinə münasibətin öpüşlə bildirsinlər. Ancaq mən şəxsi heyətdən soruşaram, görüm, belə bir fakt var, ya yoxdur. Şəxsən mən belə bir faktla rastlaşmamışam. Adətən, cütlüklər görüş yerini bir qədər kənarda, park və bulvar kimi yerləri seçir.  O ki, qaldı avtomobildə öpüşməyə, bu, inandırıcı deyil. Avtomobil dayanmış vəziyyətdə belə bir fakt ola bilər”.

11:54

Jurnalist Xaqani Səfəroğlunun metroda öpüşmək istəyən gənclərə sərt reaksiyası sosial şəbəkələrdə qızğın müzakirəyə səbəb olub.

Bəziləri “onlar cavandır” deyə cütlüyə dəstək verib, bəziləri isə eyni halla rastlaşsalar, X.Səfəroğlu kimi reaksiya verəcəklərini dilə gətiriblər.

Bəs gənclərin metroda öpüşməsinə hər hansı qadağa varmı?

 Oxu.Az xəbər verir ki, Lent.az metropoliten rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyini öyrənib. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, metro istifadəçiləri üçün qanunla tənzimlənmiş davranış qaydaları var və metro rəhbərliyi də bu qaydaların pozulmasına cavabdehdir.

N.Paşayev deyib ki, sərnişinlərə qadağan edilmiş hərəkətlər arasında “öpüşmək” yoxdur:

“Buna qarşı nə isə etmək düzgün olmaz. İnsanlar özləri bir-birini nəzərə almalıdır. Ümumiyyətlə, ictimai yerlərdə asayişin qorunması ilə bağlı qaydalar var. Metroda ictimai asayişin pozulmasına nəzarət edən polis əməkdaşları xidmət göstərir. Əgər kimsə ictimai asayişi pozursa, düzgün davranmırsa, bundan narahat olan sərnişinlər polis əməkdaşına müraciət edə bilər. Əhaliyə də müraciət edərək deyə bilərik ki, insanlar bir-birinə qarşı hörmətli olsunlar”.

10:52

Sosial şəbəkələrdə ötən gündən etibarən “Metroda öpüşmək olarmı?” sualı geniş müzakirə olunur.

Oxu.Az baku.ws istinadla xəbər verir ki, bu mövzunun gündəmə gəlməsinə jurnalist Xaqani Səfəroğlunun yazdığı status səbəb olub. Belə ki, jurnalist uşaqları ilə metroya düşdüyünü və xoşagəlməz vəziyyətlə qarşılaşdığını bildirib: 

Jurnalistin bu fikirləri qısa zamanda böyük müzakirələrə səbəb olub. Bəziləri ona haqq qazandırsa da, əks fikirdə olanlar da olub. Bir çox tanınmışlar və ziyalılar da bu məsələyə münasibət bildirib. 

Hüquqşünas Əkrəm Həsənov isə məsələyə hüquqi münasibət bildirib. Onun sözlərinə görə, gəncləri Qərb təcrübəsinə istinadən müdafiə edənlər var: 

“Sadəcə, hüquqşünas olaraq xatırlatmaq istəyirəm ki, konstitusiyamızda elə Qərb hüququndan götürdüyümüz “ictimai əxlaq” məfhumu var. Hətta sərbəst toplaşanda və dini mərasimləri yerinə yetirəndə də ona riayət etmək lazımdır. O da ola ictimai nəqliyyatda yol gedəndə. İctimai əxlaq nədir? Hər bir cəmiyyətin öz ictimai əxlaq normaları var (Qərbin istənilən dövlətində bu normalar qanunda təsbit edilmir, amma məhkəmələr qərar verəndə ona istinad edir, çünki hamıya bəlli bir şeydir!). Bizim normalar erkəklə dişinin hamının gözü qarşısında edə bildiyini bəy və xanıma yasaq edir. Bu baxımdan Xəqani bəyin hərəkəti sərt olsa da, əslində ictimai əxlaqın qorunması idi”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri