30 
Mar
2017
15:53
550
64
20361
Virtual karabakh

Tanınmış xəbər aparıcısı Azərbaycandan köçdü

30 Mar, 2017
15:53
20361

Tanınmış xəbər aparıcısı Azərbaycandan köçdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lisenziyasına xitam verilmiş ANS telekanalının xəbər aparıcısı olmuş Nigar Mahmudova Azərbaycanı tərk edib. 

Oxu.Az xəbər verir ki, teleaparıcı bu haqda sosial şəbəkədə məlumat yayıb.

O, köçdüyü məkanı gizli saxlasa da artıq bir neçə gündür ki, Türkiyədən fotoşəkillər paylaşır.

Qeyd edək ki, N.Mahmudova 1981-ci ilin 12 dekabrında Bakı şəhərində anadan olub. 1988-1998-ci illərdə 288 nömrəli tam orta məktəbdə təhsil alan Nigar Mahmudova 1999-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Modalyer və rəssam fakültəsinə daxil olub.

Jurnalist fəaliyyətinə ANS telekanalında başlayıb. 2016-cı ilə qədər həmin telekanalında “Düz bucaq”, “Salam Azərbaycan”, “Səhər” və “Xəbərçi” proqramlarının aparıcısı olub.

A.S.
www.oxu.az
 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri