30 
Mar
2017
22:38
40
667
34036
Virtual karabakh

Azərbaycanda daha bir yazar intihar etdi – YENİLƏNİB + VİDEO

30 Mar, 2017
22:38
34036

Azərbaycanda daha bir yazar intihar etdi – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Yasamal rayonunda yazıçı Rizvan Axundov intihar edib.

Bildirilir ki, yazçının intihar səbəbi maliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik, bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi qeyd olunur. 

Rizvan Axundov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana həsr etdiyi şeirdən sonra sosial şəbəkələrdə məhşurlaşmışdı.

Bu gün Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.

Oxu.Az BakiPost.az-a istinadla xəbər verir ki, Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb.

İlkin məlumata görə, onun intihar səbəbi maliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik, bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir. 

R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aspiranturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olub. O, Rizvan Qorxmaz imzasıyla şeirlər və hekayələr yazırmış. “Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub. 

Ailəli idi, bir övladı var.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri