30 
Mar
2017
22:23
13
76
2285
Virtual karabakh

“Green Conversation Club” layihəsi çərçivəsində növbəti görüş keçirilib

30 Mar, 2017
22:23
2285

“Green Conversation Club” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

29 mart tarixində IDEA İctimai Birliyinin AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində IDEA-nın “Green Conversation Club” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Klubun bu dəfəki mövzusu biomüxtəliflik və onun mühafizəsinə həsr olunub. Gənclərlə birgə bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi, bu sahədə beynəlxalq ekoloji təşkilatların təcrübəsi, beynəlxalq və milli statusa malik olan nadir və nəsli kəsilən bitki və heyvan növləri barədə söhbət aparılıb.

Həmçinin IDEA İctimai Birliyi tərəfindən Azərbaycanın, o cümlədən Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi üzrə həyata keçirilən - “Ceyranların Qafqazdakı tarixi yerlərinə reintroduksiyası”, “Azərbaycanda bəbirlərin sayının bərpa edilməsi” layihələri,  “Bizonların reintroduksiyası” üzrə görülən işlər və bu sahədə beynəlxalq əməkdaşlıq haqqında müzakirələr aparılıb.

Görüş gənclərin bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən amilləri öyrənmələri, biomüxtəlifliyin mühafizəsi istiqamətində görülən işlərə töhfə vermələri baxımından əlamətdar olub.

IDEA İctimai Birliyi “Green Conversation Club” layihəsinə gənc ekoloqların ətraf mühit və davamlı inkişaf üzrə biliklərini, eləcə də onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start verilib. 

Həm ekologiya, həm də ingilis dili üzrə biliklərini eyni vaxtda inkişaf etdirmək istəyən gəncləri hər ay ətraf mühitlə bağlı müxtəlif mövzulara həsr edilən “Green Conversation Club”a qoşulmağa dəvət edirik. Klubun görüşləri barədə IDEA-nın internet resurslarında (www.ideacampaign.org, www.instagram.com/idea_campaignhttps://www.facebook.com/ideacampaign.org) mütəmadi olaraq məlumat veriləcəkdir. Qeydiyyat üçün: 497 63 16.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri