30 
Mar
2017
19:00
44
136
1841
Virtual karabakh

Azərbaycandan Həcc ziyarətinə ayrılan kvotadan 200 yer qalıb

30 Mar, 2017
19:00
1841

Azərbaycandan Həcc ziyarətinə ayrılan kvotadan 200 yer qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həcc ziyarətinə sənəd qəbulunun bitməsinə iki ay qalıb. 

Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, hazırda sənəd qəbulu davam edir: “Artıq 400-ə yaxın namizəd sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) təqdim edib”.

H.Babayev yerlərin tam tutulacağı təqdirdə belə, kvotanın artırılmayacağını vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycandan Səudiyyə Ərəbistanına Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün 600 nəfərlik kvota ayrılıb.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün vahid qiymətdə xidmət paketi təqdim olunub. Belə ki, bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar məbləğində təyin olunub. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri