30 
Mar
2017
18:22
42
247
8042
Virtual karabakh

Deputat metroda öpüşən gənclərdən danışdı

30 Mar, 2017
18:22
8042

Deputat metroda öpüşən gənclərdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin keçmiş deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxürislam Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə tanınmış jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı statusun qalmaqal yaratmasına münasibət bildirib. 

Oxu.Az xəbər verir ki, Q.Salahzadə “Ölkə.Az”-a açıqlamasında baş verən hadisənin xoşagəlməz hal olduğunu söyləyib: 

“Mən təsəvvür edə bilmirəm ki, nə zamansa küçədə, ictimai yerdə öpüşən gənclərlə rastlaşaram. Mən elə yerlərə getmirəm. Çünki mənim gedib-gəldiyim, oturub-durduğum yerlərdə belə hallar ola bilməz.

Hətta, mən evdə televizorda xarici kinolara da tək baxıram ki, uşaqlar, nəvələrim, nəticələrim orada öpüşmə görməsin. Çünki xarici filmlərdə öpüş səhnələri çox olur. Mən də buna görə xarici filmlərə tək baxıram. Azyaşlı uşaqların, gənclərin də bu cür filmlərə baxması arzuolunan deyil”.

Sabiq deputat öpüşmənin dində haram olub-olmaması barədə isə belə danışıb:

“Öpüşməyin dində haram olub-olmaması barədə heç bir söz deyə bilmərəm. Bunu dinlə məşğul olan adamlar daha yaxşı bilər. Ancaq mən bu cür hallara qarşıyam. İndi nə hərəkət ediblər, özləri bilərlər. Mən o gənclərə də qarşı çıxa bilmərəm”.

Xatırladaq ki, tanınmış jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı status ölkədə qalmaqal yaradıb. İctimai fəallar, xüsusilə gənclər onun öpüşən gənclərə qarşı sərt reaksiyasını, onları təpikləməsini tənqid ediblər. Hətta müzakirələr təhqir səviyyəsinə də çevrilib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri