30 
Mar
2017
18:35
16
181
15289
Virtual karabakh

Şirkət rəhbərinin ölümü ilə bağlı yeni təfərrüat

30 Mar, 2017
18:35
15289

Şirkət rəhbərinin ölümü ilə bağlı yeni təfərrüat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkət rəhbəri Razi Vəliyevin faciəvi ölümü ilə bağlı məlumat yayılıb.

Oxu.Az xəbər verir ki, Akademi Group şirkətdən Modern.az-a bildirilib ki, R.Vəliyevi yolu keçərkən avtomobil vurmayıb:

“Akademi Group-un təsisçisi və layihələr üzrə rəhbəri R.Vəliyevin ölümü ilə nəticələnmiş qəza saat gecə saatlarında 20 Yanvar dairəsinə yaxın ərazidə baş verib. 

Razi Vəliyev bəzi saytların yazdığı kimi, yolu keçərkən deyil, yolun kənarında taksi sürücüsü ilə danışarkən yüksək sürətlə gələn “Cherry” markalı avtomobilin onu vurması nəticəsində dünyasını dəyişib.

Hadisəni törətmiş şəxs hadisə yerindən qaçıb, amma iki saat sonra hüquq-mühafizə orqanları onu şübhəli şəxs kimi saxlayıblar. Razi Vəliyev evlidir. Onun iki azyaşlı övladı var.

Bundan sonra daha əzmlə çalışaraq Razi Vəliyevin işlərinə, fəaliyyətinə və ruhuna layiq olmağa çalışacağıq”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri