30 
Mar
2017
19:12
511
127
18117
Virtual karabakh

Hacı Şahin: Metro öpüşmək yeri deyil – VİDEO

30 Mar, 2017
19:12
18117

Hacı Şahin: Metro öpüşmək yeri deyil – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Jurnalist Xaqani Səfəroğlunun metroda öpüşən gənclərə etirazı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məsələyə fərqli yanaşmalar ortaya qoyulub. Bəs görəsən, ictimai yerlərdə sevgi hissini aşkar büruzə vermək dində necə qəbul olunur? 

Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, ilahiyyatçı Hacı Şahin Həsənli məsələnin dində necə qarşılandığını bildirib:

“Düzdür, biz azad cəmiyyətdə yaşayırıq və insanlar seçimlərində azaddır. Amma cəmiyyətdə qəbul olunan qaydalar var. O gənclərə izah etmək lazımdır ki, metro bu işlər üçün münasib yer deyil. Bu günahdır. İnsanın intim hərəkətləri cəmiyyət içərisində etməsi dini nöqteyi-nəzərdən günah sayılır”.

Hacı Şahin qeyd edib ki, əgər bir insan səhv edirsə, onu tənqid etdiyimiz zaman biz də növbəti səhvi etməməliyik. 

“Qeyri-etik davranan insanı biz də qeyri-etik tərzdə tənqid etməməliyik. Heç bir halda insanların şəxsiyyətini tənqid etmək olmaz. Ən qatı cinayətkarın, ən əxlaqsız insanın belə təhqir etməyə haqqımız yoxdur! İstənilən insanın şəxsiyyəti toxunulmazdır. Din də şəxsiyyətin toxunulmazlığını təsdiq edir. Hər hansı müzakirə dözümlülük tələb edir. Əxlaqsızlıqla əlxaqsız tərzdə mübarizə aparmaq olmaz”, - deyə ilahiyyatçı bildirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri