Apr
2017
16:32
117
632
39858
Virtual karabakh

Rusiyada terror aktında ölən qızın meyiti Bakıya gətirilib – YENİLƏNİB

5 Apr, 2017
16:32
39858

Rusiyada terror aktında ölən qızın meyiti Bakıya gətirilib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sankt-Peterburq metrosundakı terror aktı zamanı ölən azərbaycanlı Dilbarə Əliyevanın meyiti Bakıya gətirilib və qohumlarına təhvil verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan Report-a verilən məlumata görə, dünən meyitin tanınması və sənədləşdirmə işləri yekunlaşıb və D.Əliyevanın meyiti bu gün yerli vaxtla saat 11:00-da təyyarə ilə Bakıya göndərilib.

Xatırladaq ki, 20 yaşlı D.Əliyeva aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində həlak olub. O, imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaşı olmasına baxmayaraq, mərhum tarixi vətənində dəfn ediləcək.

04.04.2017 (18:15)

Sankt-Peterburq metrosunda terror hücumunda həlak olan Dilbarə Əliyeva doğma vətənində dəfn olunacaq.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” qəzetinə mərhumun təhsil aldığı imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetindən məlumat veriblər.

Universitetdən bildiriblər ki, D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhumu qohumlarının yaşadığı tarixi vətənində dəfn etməyi planlaşdırırlar. Mərhumun meyitinin sabah Bakıya çatdırılacağı gözlənilir.

İyirmi yaşlı D.Əliyeva ali məktəbin üçüncü kursunda, İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil alırdı. O, Bakıda anadan olsa da, çoxdan valideynləri ilə birgə Sankt-Peterburqa köçüb, elə orada məktəbə gedib.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosinda törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb. Yaralılar arasında daha bir azərbaycanlı, Rusiya vətəndaşı Zaur Vəliyev də var. Onun durumu orta ağır kimi qiymətləndirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri