Apr
2017
15:22
19
182
3297
Virtual karabakh

Nuşirəvan Məhərrəmli: “NTV+” kanalı Azərbaycanda qanunsuz yayımlanır

5 Apr, 2017
15:22
3297

Nuşirəvan Məhərrəmli: “NTV+” kanalı Azərbaycanda qanunsuz yayımlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NTV+” kanalının Azərbaycanda yayımlanması qanunsuzdur”.

Oxu.Az Modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. 

MTRŞ sədri bildirib ki, bununla bağlı məhkəmələrə və digər aidiyyəti orqanlara müraciət olunub. 

“Buna baxmayaraq, həmin kanal müxtəlif yollarla öz qanunsuz fəaliyyətini həyata keçirir”. 

O deyib ki, bəzi kabel şəbəkəsi yayımçıları da qanunsuz fəaliyyət göstərirlər. 

“Çoxmərtəbəli binaların əksəriyyətində kabel yayımı ilə məşğul olurlar. Bizim də imkanımız yoxdur ki, onları bir-bir yoxlayaq. Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Baş Prokurorluğa və digər dövlət qurumlarına müraciət olunub”. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri