13 
Apr
2017
19:10
31
540
18397
Virtual karabakh

Bakıda “Ovçular evi” sökülür, yaşıllıq məhv edilir – FOTO + VİDEO + YENİLƏNİB

13 Apr, 2017
19:10
18397

Bakıda “Ovçular evi” sökülür, yaşıllıq məhv edilir – FOTO + VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində yerləşən “Ovçular evi” sökülür.

Söküntü işləri zamanı ərazidə olan ağaclar da kəsilir.

Oxu.Az hadisə yerindən çəkilmiş yeni görüntüləri təqdim edir:

18:07

Paytaxt Bakıda sökülən “Ovçular evi” adlı cəmiyyətin binasının yerində nə tikiləcəyi bəlli olub. 

Oxu.Az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətindən İstiPress-ə verilən məlumata görə, cəmiyyətin sökülən binasının yerində Milli Məclisin deputatları üçün yaşayış binası tikiləcək.

Ərazidə yaşayanlar tərəfindən İstiPress-ə verilən məlumata görə, söküntü bu gecə başlayıb və səhərə qədər davam edib. Nəticədə binanın bir hissəsi tamamilə sökülüb. Ərazidə yerləşdirilən məlumat lövhəsinə əsasən, demək olar ki, binanın söküntü işlərini “Böyük Plaza” adlı tikinti şirkəti aparır. 

Tikiləcək binada isə yaşayış evlərindən əlavə, alış-veriş və əyləncə mərkəzi də olacaq. 

İndi 30000 üzvü olan cəmiyyətin aqibəti sual altındadır. Əldə etdiyimiz məlumata görə, cəmiyyətin sədri Füzuli Əşrəfov binadakı dükan sahibləri ilə yanaşı, söküntü ilə bağlı heç kimə qabaqcadan məlumat verməyib. Binadakı dükan sahiblərinə söküntü ilə bağlı heç bir kompensasiya da verilməyib.

Dükan sahiblərinin İstiPress-ə verdiyi məlumata görə, Füzuli Əşrəfovla dörd gündür ki, əlaqə saxlamaq olmur. Onlara üç ildən sonra başqa məkanda yer ayrılacağı söz verilib. Lakin cəmiyyət üzvləri və dükan sahibləri uzun müddətdir ki, söküntünü aparanlarla razılaşa bilmirlər. Söküntünü aparan iş icraçılarından cəmiyyət üzvlərinin aqibətini soruşduqda isə “bu, bizim səlahiyyətimizdə deyil. Bu məsələ cəmiyyət sədrini maraqlandırmalıdır” cavabı verildi.

Xatırladaq ki, 2014-cü ildə “Azərovçu” kimi tanınan “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin fəaliyyəti ilə bağlı ziddiyyətli xəbərlər gündəmə çıxırdı. Cəmiyyətə məxsus “Ovçular evi” binasının sökülərək yerində böyük biznes mərkəzinin tikiləcəyinə dair xəbərlər yayılmışdı. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Azərovçu” tərəfindən saysız-hesabsız qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən hələ 2006-cı ildə ETSN ilə “Azərovçu” arasında ovçuluq təsərrüfatlarının idarə olunmasına dair bağlanmış müqavilələr ləğv edilib. Bütün ovçuluq təsərrüfatları nazirliyin balansına keçib.

17:52

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda irigövdəli ağacları kəsilməsi ilə bağlı açıqlama verib.

ETSN-dən Oxu.Az-a bildiriblər ki, məsələ ilə bağlı nazirliyin əməkdaşları araşdırma aparır.

17:34

Bakının Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində yerləşən “Ovçular evi” sökülür.

Oxu.Az xəbər verir ki, söküntü işləri çərçivəsində ərazidə irigövdəli ağaclar da yerlə-yeksan edilib.

Belə ki, şahidlərin verdiyi məlumata görə, həmin ərazidə olan 10-dan çox nəhəng ağacın, demək olar ki, hamısı məhv edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri