18 
May
2017
16:56
62
366
13371
Virtual karabakh

Tələbəsini məhkəməyə verən müəllim: Məcbur qaldım... - YENİLƏNİB

18 May, 2017
16:56
13371

Tələbəsini məhkəməyə verən müəllim: Məcbur qaldım... - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İctimai şəkildə mənim nüfuzuma xələl gətirdiyi üçün məcbur qalıb öz tələbəmi məhkəməyə verdim”.

Tələbəsini məhkəməyə verən Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadə Oxu.Az-a açıqlamasında belə deyib.

Universitet müəllimi tələbəsi tərəfindən böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittihamlara məruz qaldığı üçün bu addımı atdığını bildirdi.

Nigar İsmayılzadə “Barışıq təklif olunarsa, tələbənizi bağışlayarsınızmı?” sualını cavablandırmaq istəmədi. 

14:46

Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayəti Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatına qəbul edilib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu haqda vəkil Elçin Sadıqov bildirib. Vəkilin sözlərinə görə, tələbə Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir. Tələbəni 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Z. Mirağayev bir müddət əvvəl mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.

17 aprel (17:22)

Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadə həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevi məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a N.İsmayılzadənin müdafiəçisi Kamandar Nəsibov bildirib.

Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinə müraciət edən dekan müavini tələbənin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyir. N.İsmayılzadə məhkəməyə müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib.

Müdafiəçi qeyd edib ki, N.İsmayılzadənin iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də müvəkkili haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə dekan müavininin ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirilib.

K.Nəsibov 14 fevral 2017-ci il tarixdə mətbuatda N.İsmayılzadə haqqında dərc olunan “BDU-nun İlahiyyat fakültəsində nələr baş verir - Şikayət var” başlıqlı yazı BDU-nun İlahiyyat fakültəsinin tələbələrinin adından yazılıb və ona qarşı rüşvət almaq, tələbələri təhqir etmək, alçaltmaq kimi ağır böhtan atılıb. Vəkilin sözlərinə görə, bundan başqa, həmçinin İlahiyyat fakültəsinin bir qrup tələbəsinin adından N.İsmayılzadə haqqında tədbir görülməsi barədə şikayət ərizəsi ilə BDU-nun rektoru, professor Abel Məhərrəmova 10.03.2017-ci il tarixli müraciət olunub.

K.Nəsibov həmiçinin bildirib ki, 2 mart 2017-ci il tarixdə digər mətbuat orqanlarında “BDU-nun tələbəsi universitetdəki rüşvətə etiraz edir” başlıqlı yazılar dərc olunub: “Eyni məzmunlu yazıda Zəka Mirağayevin sayta ünvanladığı şikayət məktubunun dərc edildiyi qeyd edilib. 

Vəkilin sözlərinə görə, Z.Mirağayevin mətbuatda “BDU-nun tələbəsi universitetdəki rüşvətə etiraz edir” başlıqlı yazısında heç bir sübuta istinad etmədən böhtan atmaqla N.İsmayılzadəyə qarşı rüşvətxor kimi ağır ittiham irəli sürüb: “O, heç bir aidiyyəti olmadığı halda müvəkkilimin qardaşı Gürsel İsmayılzadənin adını hallandıraraq, onun guya intihar etmiş keçmiş MTN zabiti İlqar Əliyevlə münasibətlərinin olduğunu bildirərək və qəsdən bunu kəskin formada qabardaraq hər iki insanın şəxsi və işgüzar nüfuzunu zədələməyə çalışıb. Məlumat üçün onu da bildirirəm ki, Zəka Mirağayev tərəfindən sosial şəbəkələrdə səsləndirilən böhtanların həqiqətə uyğunluğunun araşdırılması məqsədi ilə BDU-nun rektoru, professor Abel Məhərrəmovun sərəncamı ilə Komissiya yaradılıb.

Komissiyanın araşdırmasında Nigar İsmayılzadənin müxtəlif neqativ hərəkətlərlə məşğul olması ilə bağlı irəli sürülən iddialar və səsləndirilən fikirlər öz təsdiqini tapmayıb.

Qeyd edək ki, N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.

Z.Q

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri