19 
Apr
2017
11:02
20
208
1543
Virtual karabakh

Şəkidə sahibsiz itlər insanlara hücum edib: Xəsarət alanlar var

19 Apr, 2017
11:02
1543

Şəkidə sahibsiz itlər insanlara hücum edib: Xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə iki nəfəri sahibsiz it dişləyib.

Oxu.Az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, aprelin 18-i axşam saatlarında Şəki şəhər sakinləri - 82 yaşlı Pirməmməd Məhərrəm oğlu Mustafayev sağ baldır, 26 yaşlı Elnur Mafəl oğlu Hüseynov sol baldır nahiyəsindən it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.

Müayinə zamanı məlum olub ki, onları küçədə sahibsiz it dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri