19 
Apr
2017
10:22
15
198
4046
Virtual karabakh

Marketlərdə vaxtı ötmüş məhsullar satılır – VİDEO

19 Apr, 2017
10:22
4046

Marketlərdə vaxtı ötmüş məhsullar satılır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mağazadan şirniyyat alan paytaxt sakini xoşagəlməz hadisə ilə üzləşib. Məlum olub ki, məhsulun üzərinə əlavə etiket yapışdırılıb və bu üsulla son istifadə tarixi dəyişdirilib.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, məhsulun son istifadə tarixi 17 aprel 2017-ci il göstərilib. Ancaq həmin etiketi qopardanda son istifadə tarixinin 14 aprel olduğu görünür.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən bildirilib ki, istehlakçılar qarşılaşdıqları belə xoşagəlməz hallarla bağlı nazirliyin 195-2 çağrı mərkəzinə və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsinlər. Müraciət araşdırılacaq və fakt təsdiqini taparsa, qayda pozanlar cəzalandırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri