Bakı metrosunda sərnişin relslərin üzərinə yıxılıb – YENİLƏNİB + FOTO
Bakı metrosunda sərnişin relslərin üzərinə yıxılıb – YENİLƏNİB + FOTO
Bakı metrosunun “Nizami” stansiyasında qatar relslərinin üzərinə yıxılaraq xəsarət alan kişi hazırda komadadır.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.
Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb:
“Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”.
00:56
Bakı metrosunun “Nizami” stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Report” saytı məlumat yayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi və zərərçəkmişin şəxsiyyəti məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az