20 
Apr
2017
14:02
39
268
9747
Virtual karabakh

Bakıda silahlı insident baş verib – YENİLƏNİB

Dünən Bakının Səbail rayonu ərazisində - Salyan şosesi 22 ünvanının qarşısında baş vermiş güllələnmə hadisəsi ilə bağlı 2 nəfər saxlanılıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, 17 yaşlı Firuddin İsmayılov və 31 yaşlı Ələddin Bağırovun güllə yarası alması ilə nəticələnən hadisədə iştirak etmiş Soltan Turabov və Aqil Seyidəliyev saxlanılıb. Hadisədə iştirak etmiş Elgün və İbrahim adlı şəxslərin də saxlanması istiqamətində iş aparılır.

Güllələnən şəxslərin həyatına təhlükə qalmayıb. Onların hər ikisi ayağından yaralanıb və diz nahiyələrinə qırmalar girib.

11:58

Dünən Bakının Səbail rayonunda 2 nəfərin güllələnməsi hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Oxu.Az-ın Lent.az-a istinadla məlumata görə, hadisə saat 17 radələrində Salyan şosesi 22 ünvanının qarşısında baş verib. Yaralanan şəxslərdən 17 yaşlı Firuddin İsmayılov da məhz həmin ünvanda yaşayır.

Bildirilir ki, hadisə orta məktəbin 11-ci sinif şagirdi olan Firuddin İsmayılovla Soltan Turabov arasındakı münaqişədən sonra baş verib. F.İsmayılov sinif yoldaşı olan Fəridənin (ad şərtidir) Soltan tərəfindən narahat edildiyini öyrənəndən sonra ona irad bildirib.

Tərəflər arasında münaqişə sakitləşdiriləndən sonra isə Soltan Aqil adlı tanışını Firuddinin üstünə yollayıb. Həmin şəxs məktəbli oğlanla dalaşarkən ətrafdakı şəxslər onları aralayıb.

Daha sonra Aqil adlı həmin şəxs İbrahim və Elgün adlı daha iki nəfərlə “Hyundai Elantra” markalı avtomobillə Firuddinin yaşadığı evin qarşısına gəlib və küçədə ona tüfənglə atəş açıb. 17 yaşlı F.İsmayılovla qonşusu, 31 yaşlı Ələddin Bağırov güllə yarası alıb. Onların hər ikisi xəstəxanaya aparılıb.

08:40

Bakının Səbail rayonunda silahlı insident qeydə alınıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, 1986-cı il təvəllüdlü Bağırov Ələddin İsəddin oğlu Bayıl qəsəbəsində naməlum şəraitdə güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

O, Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına ilkin dindirilmə zamanı bildirib ki, qəsəbə ərazisində küçə ilə hərəkət edən zaman naməlum istiqamətdən ona atəş açılıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

A.S.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Cəmiyyət xəbərləri