20 
Apr
2017
10:05
158
24
16567
Virtual karabakh

Azərbaycanlı gəncin tennis topu ilə etdiyi hərəkətlər hər kəsi təəccübləndirdi – VİDEO

20 Apr, 2017
10:05
16567

Azərbaycanlı gəncin tennis topu ilə etdiyi hərəkətlər hər kəsi təəccübləndirdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı, 21 yaşlı gənc Vaqif Fatehi tennis, basketbol topu və digər idman alətləri ilə etdiyi hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə paylaşıb və qısa vaxt ərzində məşhurlaşıb.

Oxu.Az Xezerxeber.az-a istinadla məlumat verir ki, o, tennis topu ilə butulkanın qapağını açır. Təxminən 20 metrlik məsafədən atdığı topu səbətə salır.

Başqa bir hərəkəti isə daha da həyəcanlıdır. Əvvəlcə səhv etmədən ardıcıl 5 plastik qabın içinə tennis topunu atır. 6-cı atışda isə bütün plastik qablar bir-birinin içərisinə daxil olur.

Bu cür hərəkətlərdən bəhs edən videoları çəkərək sosial şəbəkələrdə paylaşan Vaqif Fatehi həm də tennisçidir. İdmana uşaqlıqdan həvəsi olan Vaqif deyir ki, onun bu məharəti internetdə izlədiyi bir video sayəsində üzə çıxıb.

Təkcə “Instagram”da 63 mindən çox izləyicisi olan gəncin ən çox diqqət çəkən videosu 15 milyondan çox izlənilib və əcnəbilərin də xeyli marağına səbəb olub.

Hələlik, bu məharətindən pul qazanmayan gənc deyir ki, əsas hədəfi gənclərdə idmana olan marağı artırmaqdır. O, bu bacarığı ilə istəyəndə heç nəyin mümkünsüz olmadığını göstərmək istəyir.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri