20 
Apr
2017
13:11
119
32
1821
Virtual karabakh

Bakıda əksər yollarda yolgöstərici xətləri yenidən rənglənir

20 Apr, 2017
13:11
1821

Bakıda əksər yollarda yolgöstərici xətləri yenidən rənglənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Salamzadə küçəsində müvafiq işlər aparılır.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

“Analoji işlər bu axşam saat 22:00-dan etibarən Yasamal rayonu Tbilisi və İnşaatçılar prospektlərində də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol" sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir”, - deyə məlumatda qeyd edilib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri