20 
Apr
2017
18:23
94
153
9724
Virtual karabakh

Xəstəlik aşkarlanan 5 cütlük nikaha daxil olmaqdan imtina edib

20 Apr, 2017
18:23
9724

Xəstəlik aşkarlanan 5 cütlük nikaha daxil olmaqdan imtina edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2015-ci ilin iyun ayından indiyə qədər 258521 nəfər icbari müayinədən keçib. Onlardan 11215 nəfərdə talassimiya daşıyıcılığı, 1020 nəfərdə sifilis, 184 nəfərdə İİV aşkarlanıb”. 

Oxu.Az-ın məlumatına görə, bu haqda Modern.az-a məlumat verən B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, ümumilikdə 97 cütlüyün hər ikisində talassimiya daşıyıcılığı aşkarlanıb.

“Mart ayında 9471 nəfər icbari tibbi müayinədən keçib. Onlardan 274 nəfərində talassimiya daşıyıcısı, 36 sifilis, 9 nəfərdə İİV aşkarlanıb.

Onlar müvafiq qaydada İnstitutda müayinə olunurlar. Talassimya daşıyıcıları olan xanımlar hamiləliyin 12-14 həftəsində perinetal müayinəyə göndərilir. İndiyədək 25 nəfər perinetal müayinədən keçib. Perinetal müayinədən keçən uşaqlardan 5-də xəstəlik aşkarlanıb. Onlar tibbi yolla abort olunub. Hamiləlik vaxtı aparılan müayinə ilə körpədə talassemiya daşıyıcılığı üzə çıxan 20 cütlük isə hamiləliyin davam etdirilməsinə qərar verib. Onlardan dünyaya gələnlər də var.

Perinetal dövrdə daşıyıcılıq aşkarlanan, amma abort etdirməyən xanımların dünyaya gətirdi uşaqda daşıyıcılıq təsdiqlənir. Bu da perinetal dövrdə aparılan müayinələrin düzgülüyünü göstərir. Daşıyıcı uşaqlar praktik olaraq sağlamdır və xəstə sayılmır. Onlar ayrı-ayrılıqda sağlamdırlar. Amma hər iki tərəf daşıyıcı olduqda xəstə uşaq doğulma ehtimalı var. Daşıyıcı uşaqlar doğulur, amma xəstə uşaqlar abort etdirilir. Daşıyıcı tam sağlamdır və 80 yaşına qədər də yaşayır. Yoxlanmasa, onların daşıyıcı olduğu bilinmir”.

İnstitut direktoru deyib ki, perinetal müayinə zamanı xəstəlik aşkarlanan 5 cütlük nikaha daxil olmaqdan imtina edib:

“Hazırda nikaha daxil olan 54 cütlük bizə müraciət edib. Onların hamısında hamiləlik yoxdur. Sadəcə, talassimiya daşıyıcısı olduqları üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülür. Hamiləlik vaxtı isə biz genetik mutasiyaları müayinə edirik. Yəni atada və anada olan mutasiyalar bəllidir, müvafiq olaraq da döldə onu axtarırıq. Perinetal müayinə xəstəliyin diaqnostikasını asanlaşdırır”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri