20 
Apr
2017
19:27
127
45
2085
yuxarı
Qanunsuz övladlığa götürmənin cəzası sərtləşdirilir
20 Apr, 2017
19:27
2085
127
45
Qanunsuz övladlığa götürmənin cəzası sərtləşdirilir
Azərbaycanda qanunsuz olaraq övladlığa götürməyə görə cəza ağırlaşdırılır.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu, Cinayət Məcəlləsinin 174-cü (Qanunsuz olaraq övladlığa götürmə) maddəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, maddənin sanksiya hissəsində “100 manatdan 300 manata qədər” cərimə “1500 manatdan 2000 manata qədər” cərimə ilə əvəzlənir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək