20 
Apr
2017
16:37
102
24
4803
Virtual karabakh

Güclənən külək nə zaman mülayimləşəcək?

20 Apr, 2017
16:37
4803

Güclənən külək nə zaman mülayimləşəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda sabahdan etibarən güclənən külək bazar günü mülayimləşəcək”.

Oxu.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, aprel ayının 20-i mülayim cənub küləyinin gündüz saatlarında arabir güclənməsi gözlənilir: 

“Aprelin 22-də gündüz saatlarında şimal-qərb küləyi artıq güclənəcək. Aprelin 23-də isə artıq şimal küləyinin nisbətən mülayimləşəcəyi və gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir”.

G.Məmmədova bildirib ki, havanın temperaturu yaxın 2-3 gün ərzində 17-22 dərəcə arasında dəyişəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri