20 
Apr
2017
16:27
59
256
11649
Virtual karabakh

Azər Əliyev Velotreki gəzdi – FOTO

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev bu gün Respublika Velotrekinə gələrək burada idmançılar üçün yaradılan şəraitlə tanış olub.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev qonağa Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verib.

Gördüklərindən məmnun qaldığını deyən Azər Əliyev yaxın vaxtlarda federasiyanın balansında olan Veloparka da gələcəyini və oradakı şəraitlə yaxından tanış olmaq niyyətində olduğunu deyib.

A.S.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Cəmiyyət xəbərləri