20 
Apr
2017
17:43
213
69
2866
Virtual karabakh

Komitə sədri: Yeni məscid tikilsə, adı “Hacı Cavad” olacaq

20 Apr, 2017
17:43
2866

Komitə sədri: Yeni məscid tikilsə, adı “Hacı Cavad” olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacı Cavad” məscidinin vəziyyətinin araşdırılması ilə bağlı yaradılan komissiya öz işini davam etdirir, ədalətli qərar hazırlamaq üçün araşdırmalar aparır".

Oxu.Az-ın məlumatına görə, bunu Report-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, məscidə baxış olub, ərazidə yaşayan mömin insanların nümayəndələri ilə görüş keçirilib:

“Hazırda təkliflər hazırlanır. Həmin təkliflər əsasında da qərar veriləcək. Komissiyanın tərkibində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Fövqəladə Hallar Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri fəaliyyət göstərir.

Məsələ ətraflı təhlil olunacaq, müxtəlif istiqamətlər üzrə araşdırmalar aparılacaq və hazırlanan rəy əsasında məscidlə əlaqədar təklif veriləcək. Məscidlə əlaqədar məsələ həllini tapacaq və həmin ərazidə yaşayan insanlar da Prezidentimizin dinimizə, milli-mənəvi dəyərlərə verdiyi dəstəyi bir daha görəcəklər”.

M.Qurbanlı deyib ki, əgər söküləcək məscidin yerində eyni adlı yeni məscid tikilirsə, bu, məscidin fəaliyyətini davam etdirməsi deməkdir. Onun sözlərinə görə, yeni məscid tikilərsə, “Hacı Cavad” adı altında yeni formada fəaliyyət göstərəcək:

“Yenə də qeyd edim ki, veriləcək rəylərdən sonra məscidin harada olacağı ilə bağlı qərar qəbul olunacaq. Mühəndis təhlilləri məscidin təmir olunmasının mümkün olub-olmadığını göstərəcək. Bundan sonra məscid yeni formada fəaliyyətini davam etdirəcək”.

Komitə sədrinin sözlərinə görə, məscidə baxışdan belə görünür ki, bina o qədər də davamlı deyil. O, 1912-ci ildə tikilən binanın sovet dövründə məscid kimi istifadə olunmadığını da əlavə edib.

Quruculuq-abadlıq işləri ilə əlaqədar məscidin ətrafındakı binaların söküldüyünü deyən komitə sədri, ərazidə infrastruktur yaradılacağını, yol çəkiləcəyini və park salınacağını qeyd edib: “Məscidlə bağlı qərar orada ibadət edən insanlarla aparılan danışıqlardan sonra veriləcək. Verilən qərarda onların maraqları əks olunacaq. Ədalətli bir qərar olacaq”.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri