21 
Apr
2017
09:31
18
123
3143
Virtual karabakh

Şəki sakininə canavarlar hücum edib

21 Apr, 2017
09:31
3143

Şəki sakininə canavarlar hücum edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə 28 yaşlı kişiyə canavar hücum edib.

Oxu.Az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 20-də saat 21:00 radələrində rayonun Qudula kənd sakini, 1989-cu il təvəllüdlü Bəhram Rəhman oğlu Seyidov döş qəfəsinin ön səthinin sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub. Ona yaşadığı kəndin yaxınlığında canavar hücum edib. Bəhram Seyidova xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Bəhram Seyidovun APA-ya bildirib ki, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otararkən qəfildən 5 canavar sürüyə hücum edib. O, vəhşi heyvanları qovan zaman canavarlardan biri quzunu ağzına alaraq ərazidən qaçmaq istəyib. Canavar quzunu xilas edən Bəhram Seyidova xəsarət yetirib. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri