21 
Apr
2017
12:37
68
29
1682
Virtual karabakh

Məhkəmə dini icmanın şikayətini təmin etmədi

21 Apr, 2017
12:37
1682

Məhkəmə dini icmanın şikayətini təmin etmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri “Yevangelist-lüteran” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı şəhəri “Yevangelist-lüteran” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib. Dini icma Komitədən onlara maddi yardım verilməsini tələb edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi icmanın iddiasını rədd edib. Qərardan narazı qalan dini icma apellyasiya şikayəti verib.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri