21 
Apr
2017
10:41
49
291
28714
Virtual karabakh

Elnarə Xəlilova: Rəfiqəmi boşatdırmışam – VİDEO

21 Apr, 2017
10:41
28714

Elnarə Xəlilova: Rəfiqəmi boşatdırmışam – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-də aparıcı Elgiz Əkbərin təqdimatında yayımlanan “Elin gözü” verilişinin növbəti buraxılışında ailədaxili problemlər müzakirə olunub.

Oxu.Az xəbər verir ki, proqramın gedişatında müğənni Elnarə Xəlilova ilə yazıçı-jurnalist Aysel Əlizadə arasında gərginlik yaranıb.

A.Əlizadə verilişə qatılan ailənin vəziyyəti barədə “Təhqiri, zorakılığı bağışlamaq olmaz. Adam istəmirsə, onları barışdırmaq olmaz. Dörd qızın xətrinə o ailə dağılmalıdır. Çünki uşaqlar ailədə normal münasibət görməlidirlər” deyib.

E.Xəlilova isə A.Əlizadənin sözlərinə etirazını bildirib:

“Ailəni bir saniyədə dağıtmaq olar, amma onu qurmaq üçün çox vaxt lazımdır. Mən öz rəfiqəmə “boşan” sözünü demiş, məsləhət vermiş adamam. Onu boşatdırmışam, ona “bu adamdan sənə ər olmaz” demişəm, 7 illik ailə dağılıb. İndiki halda görürəm ki, məsələni burada həll etmək olar. Məqsədimiz odur ki, bu ailə dağılmasın”.

İfaçı daha sonra həyat yoldaşı ilə problemi olan qadına üzünü tutaraq “Sən ərinin sözünə qulaq asmalısan. Evdə böyük atadır, ərdir. Hər şey qadının əlindədir. Sən istəsən, onu ram edə bilərsən” deyib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri