21 
Apr
2017
11:30
44
34
2443
Virtual karabakh

Dövlət qulluğuna qəbulun müsahibə qaydalarında dəyişikliklər ola bilər

21 Apr, 2017
11:30
2443

Dövlət qulluğuna qəbulun müsahibə qaydalarında dəyişikliklər ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət qulluğunda vakant vəzifələr kateqoriyalar üzrədir. Bizdə yeddi kateqoriya üzrə dövlət qulluğu vəzifəsi var. Hazırda Dövlət İmtahan Mərkəzi vakant dövlət qulluğu vəzifələrinə namizədləri seçmək üçün müsabiqənin keçirilməsinə hazırlıq işləri aparır”.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

O bildirib ki, “Dövlət qulluğu haqqında” qanuna bir sıra dəyişikliklər edilib: “Müsabiqənin, o cümlədən test və müsahibənin keçirilməsində bir sıra dəyişikliklər olub. Sadəcə, bu günə normativ-hüquqi baza tam formalaşmayıb. Biz bütün normativ-hüquqi aktların qəbul olunmasını gözləyirik”.

B.Xəlilov qeyd edib ki, dövlət qulluğuna qəbulun müsahibə qaydalarında da dəyişikliklər nəzərdə tutulub:

“Hazırda müsahibənin keçirilməsi qaydaları müvafiq orqanlara təqdim olunub və biz bu yaxınlarda həmin qaydaların təsdiq olunmasını gözləyirik. Təklif olunan dəyişikliklər elə də çox deyil. Əvvəllər müsahibə komissiyası ən azı 3 nəfərdən ibarət idi. İndi isə üzvlərin sayının 5 olması nəzərdə tutulur”.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri