24 
Apr
2017
10:35
10
132
3625
Virtual karabakh

Güclü külək bəzi rayonları işıqsız qoyub

24 Apr, 2017
10:35
3625

Güclü külək bəzi rayonları işıqsız qoyub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənub bölgəsində güclü külək səbəbindən onlarla kəndə elektrik enerjisinin verilməsində problem yaranıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün gecədən başlayan güclü külək davam edir.

Küləyin elektrik təsərrüfatına vurduğu ziyan nəticəsində Masallının Qızılavar, Bədəlan, Kolatan, Türkoba, Lənkəranın Zövlə, Sparadi, Cil və daha bir neçə kəndinin elektrik təchizatında fasilə yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Güclü külək Quba rayonunda da bir sıra fəsadlar törədib.

Report-un məlumatına görə, gecə saat 02:50-dən başlayan külək rayonun bir sıra ərazilərində problemlər yaradıb.

Belə ki, küləyin sındıraraq aşırdığı çinar ağacları Quba-Xaçmaz yolunun bir çox hissələrində nəqliyyat vasitələrinin hərəkətinə maneçiliklər törədib. Nəticədə hərəkətdə olan avtomobillər yolda qalmalı olublar.

Bununla yanaşı, Quba rayonuna verilən elektrik enerjisinin də nəqli dayandırılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri