24 
Apr
2017
12:05
20
180
20401
Virtual karabakh

Yasamalda məktəb direktoru ölüb – TƏFƏRRÜAT + YENİLƏNİB

24 Apr, 2017
12:05
20401

Yasamalda məktəb direktoru ölüb – TƏFƏRRÜAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda məktəb direktorunun faciəli ölümünün təfərrüatları məlum olub.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, hadisə aprelin 22-də axşam saatlarında İnşaatçılar prospekti, 33 A ünvanında baş verib.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov həmin ünvanda yerləşən binanın 6-cı mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq ölüb. Məlumata görə, P.Əjdərov mənzilin pəncərəsindəki toru təmir etmək istəyib. Həmin vaxt müvazinətini itirən P.Əjdərov pəncərədən yıxılıb və hadisə yerində dünyasını dəyişib.

P.Əjdərov paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 72 saylı məktəb-lisey kompleksinin direktoru olub. O, bir neçə ildir ürək xəstəliyindən əziyyət çəkirmiş. Direktor bu il martın 1-də səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifəsindən azad edilib və yaxın günlərdə ürək əməliyyatı keçirəcəkmiş.

11:49

Bakıda məktəb direktoru faciəli şəkildə ölüb.

Oxu.Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospekti, 33 A ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov yıxılaraq ölüb.

Polisdən bildirilib ki, P.Əjdərov məktəb direktoru olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri