24 
Apr
2017
13:25
54
199
3640
Virtual karabakh

Azərbaycanda əcnəbilərə qoyulan dini qadağalar aradan götürülür

24 Apr, 2017
13:25
3640

Azərbaycanda əcnəbilərə qoyulan dini qadağalar aradan götürülür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini ayinlərin icrası ilə bağlı bəzi qadağalar aradan götürülür.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı MM-in İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanunun 1-ci maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.

Bəndin hazırda qüvvədə olan variantına görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Qeyd edək ki, bu qadağalar ötən ilin oktyabrın ayında qəbul edilib.

Komitə sədri Siyavuş Novruzov bildirib ki, bu qadağalar qəbul ediləndən sonra müxtəlif dini icmalardan müraciətlər olub: “Biz də düşünürük ki, həqiqətən dünyada elə qəbul edilmiş dini mərkəzlər var ki, onların nümayəndələrinin Azərbaycanda dinlə bağlı həqiqi ayinlər icra etməsi məqsədəuyğundur”.

Layihə plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələrində düzəlişlər edilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri