24 
Apr
2017
13:56
41
124
6379
Virtual karabakh

Bakıda şahid məhkəmə zalında həbs edilib

24 Apr, 2017
13:56
6379

Bakıda şahid məhkəmə zalında həbs edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəsimi Hüseynov ifadə verib.

O, dindirilən zaman hakimin suallarına kobud cavab verib. Bu zaman hakim R.Əliyev şahid N.Hüseynov barəsində məhkəməyə qarşı hörmətsizlik etdiyi üçün 48 saatlıq həbs cəzası verilməsi ilə bağlı qərar çıxarıb.

Daha sonra məhkəməyə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları dəvət olunub. N.Hüseynov həbs edilərək polis bölməsinə aparılıb.

Qeyd edək ki, təqsirləndirilən M.Qurbanov dələduzluqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, küllü miqdarda törəldildikdə) maddəsi ittiham olunur. M.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilməyib.

N.Hüseynovun adı isə cinayət işi üzrə şahid qismində keçir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri