25 
Apr
2017
17:20
259
128
1600
Virtual karabakh

Azərbaycan Yəmənə humanitar yardım göstərib

25 Apr, 2017
17:20
1600

Azərbaycan Yəmənə humanitar yardım göstərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-cil ili “İslam Həmrəyliyi İli” elan edilən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardım göstərildiyi qeyd olunub.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri