26 
Apr
2017
12:21
126
12
4833
Virtual karabakh

Sabaha olan hava proqnozu açıqlanıb

26 Apr, 2017
12:21
4833

Sabaha olan hava proqnozu açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 6-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz  50-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri