26 
Apr
2017
13:01
7
78
3664
Virtual karabakh

İki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başa çatıb

26 Apr, 2017
13:01
3664

İki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başa çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində “Holcim” (Azərbaycan) ASC-nin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, “Holcim” (Azərbaycan) ASC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar da dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, “Holcim” (Azərbaycan) ASC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddia ərizəsini geri qaytarıb. Qərardan narazı qalan “Holcim” (Azərbaycan) ASC apellyasiya şikayəti verib.

Xatırladaq ki, “Holcim” (Azərbaycan) ASC dünyanın aparıcı sement təchizatçılarından olan “Holcim Qrup”unun bir hissəsi olaraq, ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri