26 
Apr
2017
13:10
189
14
2880
Virtual karabakh

Proqnozlar Bürosu: Azərbaycanda növbəti iki gün ərzində güclü külək olmayacaq

26 Apr, 2017
13:10
2880

Proqnozlar Bürosu: Azərbaycanda növbəti iki gün ərzində güclü külək olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda növbəti iki gün ərzində güclü külək əsməyəcək”.

Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda ölkə ərazisində sakit hava şəraiti müşahidə olunur: “Növbəti iki gün ərzində də hava şaraitində mühüm dəyişiklik gözlənilmir”.

G.Məmmədova qeyd edib ki, yaxın iki gün ərzində Azərbaycanda mülayim cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq: “Artıq iki gündür ki, ölkə ərqazisində qeyri-sabit, küləkli hava şəraiti müşahidə olunur. Lakin bu gündən, yəni aprelin 26-dan etibarən hava şəraiti mülayimləşəcək. Növbəti iki gündə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək”. 

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri